7 C
Baku
Sunday, March 3, 2024

“AzSığorta” şirkətinin yığımları azalsa da, ödənişləri 2 qat artıb

2020-ci illə müqayisədə 2021-ci ilin iyun ayında sığorta haqları azalmış sığorta şirkətlərindən biri də “AzSığorta” şirkətidir.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2021-ci ilin iyun ayında “AzSığorta” şirkəti tərəfindən 5 milyon 680 min manat sığorta haqqı hesablanıb və bu da 2020-ci ilin eyni dövrüylə müqayisədə 13% azalma deməkdir. “AzSığorta” şirkəti 2020-ci ilin iyun ayında 6 milyon 519 min manat sığorta haqqı yığmışdır.

Sığorta haqlarının azaldığı bir ildə “AzSığorta” şirkətinin sığorta ödənişləri artıb. 2020-ci ilin iyununda 2 milyon 673 min manat təşkil etmiş sığorta ödənişləri 2021-ci ildə 4 milyon 123 min manata yüksəlib və yaxud 2 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər