14 C
Baku
Saturday, November 23, 2024

“AzSığorta” şirkəti geriləyib

“AzSığorta” şirkətinin yığımlarında azalma müşahidə olunur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin iyun ayında “AzSığorta” şirkətinin sığorta haqqları 5 milyon 680 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13% azalma deməkdir.

2020-ci ilin müvafiq dövründə isə sığorta şirkətinin yığımları 6 milyon 519 min manat təşkil edib.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər