10 C
Baku
Wednesday, December 11, 2024

“Azsığorta” tikinti şirkətini məhkəməyə verib

“Azsığorta” ASC Azərbaycanda fəaliyyətdə olan tikinti şirkəti ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, Sığorta şirkəti “Beliy Lebed” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edmişdir.

Şirkətin müraciətindəki işin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən qaynaqlanır.

“Beliy Lebed” MMC-nin nizamnamə kapitalı 100 manat olmaqla ona qanuni təmsilçiliyi Nurəddin Kərimov adlı şəxs edir.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər