1 C
Baku
Saturday, December 14, 2024

“AzSığorta” və “Standard İnsurance” keçmiş departament direktoru avtomobillə ər-arvadı vurub öldürdü

Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi “Jeep”lə ər-arvadı vuraraq ölümünə səbəb olub.

Dekabrın 21-i axşam saatlarında Rövşən Əsgərov idarə etdiyi 10 DR 500 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə aeroport yolunda iki piyadanı vurub.

Piyadalar – 1957-ci il təvəllüdlü Zahid Kazımov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova hadisə yerində vəfat edib.  Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rövşən Əsgərov “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.

Son xəbərlər
Digər xəbərlər