14 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Azsığorta”da vəzifəsini tərk edən və yeni təyinat alanlar olub

“Azsığorta” ASC-nin İdarə Heyəti və Təftiş Komissiyasının yeni seçilən üzvlərinin vəzifələri daimiləşdirilib, Daxili audit xidmətinin isə yeni rəhbəri təyin edilib.

Banker.az-ın xəbərinə görə, bu günə qədər İdarə Heyətinin müvəqqəti üzvü olan Fərzəliyev Elbrus Həbib oğlunun vəzifəsi daimiləşdirilib.

Təftiş Komissiyasının üzvlərindən biri Hüseynov Ruslan Zahid oğlu da müvəqqəti üzv idi. Onun da vəzifəsi daimləşdirilib.

Bu günə qədər vakant qalan Daxili audit xidmətinə Mənəfli Əhməd Samid oğlu təyin edilib.

“Azsığorta”nın Məsul aktuarisi Məmmədova Günay Mahir qızı vəzifəsindən azad edilib.

 

Son xəbərlər
Oxşar xəbərlər
X