13 C
Baku
Sunday, November 27, 2022

“AZSIĞORTA”nın baş ofis ünvanı dəyişir

AZSIĞORTA müştərilərə artıq yeni ofisdə xidmət göstərəcək.

Şirkətin yaydığı məlumatda bildirilir, bu ilin 1 fevral tarixindən etibarən Baş ofisə və Sığorta Hadisələri Xidmətinə müraciət edən vətəndaşlar Bakı şəhəri, Səbail rayonu, M. Useynov prospekti, ev 63 ünvanına (Azərbaycan Milli Xalça Muzeyi ilə üzbəüz) yaxınlaşa bilərlər.

Yeni ofis ənənəvi olaraq, həftənin 5 günü saat 09:00-dan – 18:00-dək fəaliyyət göstərəcək. AZSIĞORTA-nın 24 saat fasiləsiz çalışan Çağrı Mərkəzinin əlaqə nömrəsi isə *6565 olaraq qalır.

Baş ofisdə rəhbərlik, habelə Sığorta Hadisələri Xidməti daxil olmaqla, digər struktur bölmələri də yerləşəcək.

Qeyd edək ki, bu addım şirkətin ötən il öz qarşısına qoyduğu əsas strateji hədəfi olan müştəri məmnuniyyətinin artırılması tədbirləri çərçivəsində atılıb. Yeni ofis, müştərilərə daha da yüksək səviyyədə xidmət göstərilməsi üçün bütün şəraitə malikdir.

Xatırladaq ki, AZSIĞORTA 2006-cı ildən fəaliyyət göstərir. Şirkət tərəfindən korporativ və fərdi müştərilərə həyat sığortası istisna olmaqla, digər bütün sığorta növləri üzrə peşəkar xidmət təqdim olunur.

Son xəbərlər
Digər xəbərlər
X