18 C
Baku
Friday, November 22, 2024

“Azsığorta”nın bazardakı mövqeyi zəifləyir, yığımları azalıb

“Azsığorta” ASC-nin 2023-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar ayında 668 min manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 201 min manat və ya 23% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 869 min manat təşkil etmişdir.

Yanvarda şirkət tərəfindən ümumilikdə 782 min manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 286 min manat və ya 58% çox olub.

Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər