26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Azsığorta”nın fəaliyyəti optimallaşdırılır

Screen Shot 2021 09 02 at 14.34.20

“Azsığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bununla bağlı elan verib.

Elanda 25 sentyabr 2021-ci il tarixində saat 16.30-da “Azsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Cəmiyyətin Bakı şəhəri, İzmir küç. 8, Həyat Tauer 3, 4-cü mərtəbədə yerləşən  Baş Ofisində keçiriləcək.

Gündəlikdəki məsələyə “Azsığorta” ASC-nin  fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlərin görülməsi və digər məsələlər daxil edilib.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 20.3 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər