11 C
Baku
Wednesday, March 19, 2025

“Azsığorta”nın ötən il gəlirləri 36% azalıb

“Azsığorta” ASC 2024-cü ili 1 milyon 694 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 1 milyon 582 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 7% artımdır.

Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.

Ötən il “AzSığorta” ASC-nin cəmi gəlirləri 13 milyon 33 min manat (əvvəlki ilə nisbətən 36% az), cəmi xərcləri 10 milyon 874 min manat (41% az) təşkil edib. 2023-cü ildə sığorta şirkətinin cəmi gəlirləri 20 milyon 342 min manat, cəmi xərcləri 18 milyon 364 min manat olub.

Hesabat dövründə sığorta şirkətinin cəmi aktivləri 2.5% artaraq 30 milyon 700 manata, cəmi kapitalı 10% artaraq 18 milyon 832 min manat olub.

“AzSığorta” ötən il 8 milyon 578 min manat sığorta haqları yığmışdırsa, 2023-cü ildə 7 milyon 946 min manat toplayıb.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

 
Son xəbərlər
Digər xəbərlər