“AZSIĞORTA” ASC-nin rəhbərliyində dəyişiklik olub. Anar Talıbov İdarə heyətinin sədri vəzifəsini tərk edib.
Şirkətin İdarə heyətinin sədri Anar Talıbovun “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının üzvü olması planlaşdırılır.
Bildirək ki, bu gündən onun əvvəlki vəzifəsinin icrası isə müavini Yusif Soltanova həvalə olunub.
Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.