“Azsığorta” ASC-nin də rəhbərliyinə yeni təyinat baş tutub.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İlkin Zeynalov İlqar oğlu İdarə Heyətinin üzvü seçilib.
İ.Zeynalov 2025-ci ilin yanvarından etibarən bu vəzifəyə seçilir və müvəqqəti üzv kimi rəsmiləşdirilib. O, 2015-ci ildən biznesin inkişafı departamentinin direktorudur. O, 2024-cü ilin martından “Aqrar Sığorta Müştərək Sığorta” ASC-nin Direktorlar Şurasına sədr təyin edilib.
Bununla da, İdarə Heyətinin strukturunda 5 şəxs olacaq:
- Yusif Rəhim oğlu Soltanov – sədr
- Qoşqar Arif oğlu Şəkərəliyev – sədr müavini
- Elbrus Həbib oğlu Fərzəliyev – sədr müavini
- Fərid Mübariz oğlu Qarayev – üzv
- İlkin Zeynalov İlqar oğlu
Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99.64%-lik, “Bank of Baku” ASC-nin isə 31.11%-lik səhmdarı) məxsusdur.