19 C
Baku
Thursday, June 5, 2025

“AzSığorta”nın rəhbərliyində təyinat olub

“AzSığorta” ASC-nin rəhbərliyində təyinat olub.

Banker.az xəbər verir ki, İqbal Rüstəmov Nəbi oğlu səhmdarların Ümumi Yığıncağının qərarı ilə Direktorlar Şurasının üzvü seçilib.

Bununla da Direktorlar Şurasının üzvlərin sayı sədrlə birlikdə üçə yüksəlib.

İqbal Rüstəmov Azərbaycan bank və texnologiya sektorunda çalışıb. O indiyə qədər “Kapital Bank” ASC, “AFB Bank” ASC, “PashaPay” MMC (əvvəl: “Komtec” MMC) kimi şirkətlərdə çalışıb.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər