13 C
Baku
Friday, November 22, 2024

“Azsığorta”nın sədri dəyişib

“Azsığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Natiq Namazov işdən çıxıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətə istinadən xəbər verilir.

Məlumata görə, maliyyə qurumuna rəhbərlik Yusif Soltanovu həvalə olunub.

O, 2015-ci ildən “Azsığorta”da çalışır, 2018-ci ildən isə şirkətin İH-nin sədr müavini təyin edilib.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər