8 C
Baku
Thursday, December 12, 2024

Aztəminatlı əhali üçün 2000-ə yaxın sosial mənzil tikiləcək

Ölkəmizdə 2000-ə yaxın sosial mənzilin tikintisi nəzərdə tutulur. Gələn il mayın 1-dək “Elektron hökumət” portalında “güzəştli mənzil” sistemi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev məlumat verib.

Onun sözlərinə görə, sistemdə güzəştlə veriləcək sənədlərin siyahısı və şərtləri yerləşdiriləcək. Bununla da, vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mənzilləri güzəştli və uzun müddətli ipoteka ilə əldə edə biləcəklər. Mənzil ipoteka krediti hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir.

“Qaydalara uyğun olaraq, əhalinin müəyyən aztəminatlı kateqoriyaları müəyyən edilib. Əsas güzəşt ondan ibarətdir ki, mənzillər tam təmirli olmaqla, orta bazar qiymətindən aşağı satılacaq. Mənzil inşaatı üçün artıq ilk torpaq sahəsi (11, 6 hektar) ayrılıb. Bununla əlaqədar Baş plan hazırlanıb, İşçi planın isə hazırlanması üzrə işlər başa çatır. Mənzillərin 1, 2 və 3 otaqlı olması planlaşdırılır”, – deyə S.Nuriyev bildirib.

Diqqətə çatdırılıb ki, güzəştli mənzillərə 3 il ərzində kirayə və ya icarəyə verilməsi, həmçinin özününküləşdirilməsi ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq.

Gələcəkdə paytaxtla yanaşı regionlarda da bu cür mənzillərin tikintisi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər