Bu gün Təhsil Nazirliyində Maarifçi Kredit Fondunun fəaliyyətə başlaması və qurumun saytının istifadəyə verilməsilə bağlı media-brifinq keçirilib.
Trend-in məlumatına görə, nazirliyin təşəbbüsü ilə yaradılan fond dövlət ali təhsil müəssisələri – Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən tərəfindən təsis edilib.
Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kredit üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir.
Fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan təbələr müraciət edə bilər.