9 C
Baku
Thursday, December 12, 2024

“Aztelecom” və “Baktelecom” özəlləşdirilməyəcəklər

Dövlət telekommunikasiya operatorları “Aztelecom” və “Baktelecom” özəlləşdirilməyəcəklər.

Banker.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, müəssisələr 2021-ci ildə özəlləşməyə açılsa da, daha sonradan müvafiq fərmanlara dəyişiklik olunub.

“Hazırda “Aztelecom” və “Baktelecom”un idarə olunması, restrukturizasiyası və müəssisələrdə aparılacaq islahatlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aiddir”, – deyə Xidmətdən bildirilib.

Xatırladaq ki, adı çəkilən təşkilatların özəlləşdirilməsi, habelə nazirliyin digər müəssisələrdəki dövlətə məxsus paylarının təqdim edilməsi nəzərdən keçirilə biləcəyinə dair məsələ, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində yer almışdır. Bu məqsədlə özəlləşdirmə və dövlətə məxsus payların təqdim edilməsi tədbirləri çərçivəsində bu sahələrə özəl investisiyaların cəlb edilməsi imkanları dərin və ətraflı şəkildə təhlillərin aparılması nəzərdə tutulurdu.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər