4 C
Baku
Wednesday, January 14, 2026

“Aztelekom” hər biri 28,8 min manata olan UAZ-lar alır

Beynəlxalq və şəhərlərarası telefon rabitəsi və interneti həyata keçirən “Aztelekom” MMC yenidən Rusiya istehsallı avtomobillər alıb.

Əldə olunan məlumata görə, 6 ədəd UAZ-390945-520 tipli avtomaşın alacaq ki, onların da hər biri “Aztelekom”a 28 792 manata başa gələcək. Bununla bağlı  “Sun Cars” MMC ilə 172 752 manatlıq müqavilə ilə bir-biri ilə anlaşıblar.

Bu avtomobillər əsasən fermer tiplidir və Rusiyada eyni funksiyada 750 900 Rus rublu təşkil edir ( AMB-nin hazırkı məzənnəsi ilə manatına çevirdikdə 20 641 edir).

“Aztelekom”a alınacaq bu avtomobillər benzin mühərriki ilə təchiz edilib ki, 100 km məsafə üçün 15,6 litr həcmində yanacaq sərf edirlər.

Azərbaycanda isə “Sun Cars” MMC ilə son illərdə “Aztelekom”la yanaşı (bundan öncəki müqavilədə 25 ədəd idi) Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı  satınlama müqavilələri imzalayıblar.

 

Son xəbərlər
Digər xəbərlər