“Aztelekom” MMC 2017-2019-cu illər üçün maliyyə hesabatının auditinin aparılması məqsədilə auditor seçiminə dair təkliflərin qəbul müddətini uzadıb. Bu barədə “Aztelekom”dan məlumat verilib.
“Təkliflərin qəbul müddəti dekabrın 13-də bitir. Lakin tender komissiyası bu müddətin dekabrın 20-dək uzadılmasına dair qərar qəbul edib. Tender proseduru 2017-ci il dekabrın 21-də keçiriləcək”, – deyə məlumatda bildirilir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı rabitə və yüksək texnologiyalar müəssisələrinin auditi sahəsində iş təcrübəsi olan və “Brand FinanceGlobal 500” siyahısına daxil olan auditor şirkətlərinə üstünlük verilir.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandıqdan sonra 90 gün ərzində icra olunmalıdır.