11 C
Baku
Friday, November 15, 2024

“Aztelekom” Şuşada filial açıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.

Qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.

Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.

Nazirlikdən fakt təsdiq edilib.

Qeyd edək ki, bundan öncə şirkətin “Cənub Şirvan”, “Şimal-Qərb”, “Şimal-Şərq”, “Aran” və “Dağlıq Şirvan” regional filialları yaradılıb.

Xatırladaq ki, “Aztelekom”da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər