23 C
Baku
Saturday, April 27, 2024

Aztelekom və Antiinhisar arasında məhkəmə çəkişməsi davam edir

Banker.az-ın məlumatına görə,  son bir-iki ildə özəl provayderlər üçün bir qədər münbit şərait yaranandan, onların sayı kəskin artandan sonra Aztelekom provayderlərin istifadə etdikləri dövlətə məxsus olan rabitə resurslarının tariflərini qəflətən bir neçə dəfə artırmışdı.
Bu sözləri ekspert Osman Gündüz bildirmişdir. Onun sözlərinə görə “Özəl provayderlərin şikayəti əsasında Antiinhisar yarım il olardı ki, bu məsələni araşdırırdı.  Bir müddət öncə Antiinhisar Dövlət Xidməti haqlı olaraq Aztelekom-a qarşı antiinhisar qanunvericiliyin pozulması çərçivəsində qərar qəbul edib , onu cərimələyib və provayderlər üçün müəyyən etdiyi yüksək tarifləri ləğv edib.
Bundan sonra Aztelekom bununla razılaşmayıb, Antiinhisarın bu qərarını məhkəmə səviyyəsində mübahisələndirib. Qeyd edək ki, Bakı İnzibati Məhkəməsində bu işə baxılacaq.
Aztelekom hələlik provayderlərdən məhz özünün müəyyən etdiyi yüksək tariflər əsasında ödənişlər toplayır.
Əlbəttə, dövlətdən resurs əldə edə bilməyən, xarici banklardan kredit hesabına bütün ölkə üzrə nəhəng , faydalı bir fiber-optik infrastruktur quran Aztelekom-un krediti tez geri qaytarmaq səyləri anlaşılandır.
Amma , dərhal qeyd etmək istərdim ki, dövlətə məxsus rabitə resursıarına sahib olan bir təbii inhisar subyekti olaraq həm internet bazarında magistral xidmətlər verən , həm də pərakəndə internet xidməti göstərən Aztelekom-un İSP-lər üçün tarifləri yüksəltməyi məntiqli deyil, ədalətsizdir və mövcud normalara ziddir.
Burada maraqlı məqam həm də odur ki, “Aztelekom Antiinhisara qarşı” məhkəmə çəkişməsi hansısa səbəbdən “Elektron məhkəmə” bazasına yerləşdirilməyib” deyərək ekspert bildirib.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər