26 C
Baku
Friday, April 19, 2024

“Aztelekom”a yeni baş direktor təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

Nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.

2016-2020-ci illərdə “Azərfon” MMC-nin icraçı direktoru olan K.Müller həmçinin “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə “McKinsey & Co” şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Bu vaxta qədər “Aztelekom”un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər