21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Aztelekom”dan 10 manatlıq şirkətlərə 1 milyon manatdan çox sifariş – Müqavilə bağlandı

Screen Shot 2021 09 02 at 14.34.20

“Aztelekom”dan 1 milyon manatlıq sifariş – 3 şirkətlə müqavilə bağladı

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyət 4 müqavilə bağladı.

Banker.az xəbər verir ki, “Aztelekom” MMC Hüseyn Sabir oğlu Abdullayev, “Maybo” MMC, “Aztelmaş” MMC ilə müqavilə imzalayıb.

Hüseyn Sabir oğlu Abdullayev ilə bağlanan müqavilədə Rabitə xətt təsərrüfatının tikintisi və istismarı üçün tələb olunan mal-materialların (KKQ-1, konsol, kronşteyn, beton örtük və s.) satınalınması nəzərdə tutulub. Müqavilənin məbləği 332 min 548 manatdır.

“Aztelekom” MMC-nin “Maybo” Məhdud Məsuliyyətli Cəmiyyətlə bağladığı müqavilə Əməyin təhlükəsizliyi məqsədilə montyor caynaq dəstlərinin satınalınması barəsindədir. Bu müqavilənin məbləği 124 min 608 manatdır.

“Aztelekom” “Aztelmaş” MMC ilə 152 min 503 manat və 688 min 235 manat məbləğində iki müqavilə imzalayıb. Müvafiq olaraq müqavilələrdə Rabitə xətt təsərrüfatının tikintisi və istismarı üçün tələb olunan 10 abunəçi tutumlu hermetik plastik korpuslu paylayıcı abunəçi qutusunun satınalınması və 5000 ədəd 6,5 metr, 650 ədəd 8,5 metr hündürlüklü akril boya ilə boyanmış dəmir dirəklərin satın alınması nəzərdə tutlub.

Ümumilikdə isə, bağlanan müqavilələrin cəmi məbləği isə 1 milyon 297 min 894 manatdır.

Onu da qeyd edək ki, “Aztelmaş” MMC və “Maybo” MMC-nin nizamnamə kapitalı 10 manatdır.

 

 

 

 

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər