Mayın 19-u saat 10-da Şamaxının Çuxuryurd kəndində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Banker.az Şamaxı rayon prokurorluğuna istinadən xəbər verir ki, “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.