19 C
Baku
Saturday, May 31, 2025

“Aztelekom”un dəstəyi ilə Bakıda “GAMESUMMIT” keçiriləcək

®AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Bakıda keçiriləcək “GAMESUMMIT 2025” oyun festivalının baş sponsoru qismində çıxış edir.

Müasir mədəni tendensiyalarla maraqlananlar üçün həm bilik və təcrübə mübadiləsi, həm də əyləncə imkanı yaradan “GAMESUMMIT” iştirakçılara onlayn oyunlar, e-sport turnirləri, kospley və k-pop yarışmaları, eləcə də maraqlı musiqi çıxışları ilə zəngin proqram təqdim edir.

Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verən “Aztelekom” MMC-nin “GAMESUMMIT” tədbirinə baş sponsorluğu şirkətin innovasiya, yaradıcılıq və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na müvafiq olaraq ölkədə sürətlə inkişaf edən rəqəmsal ekosistemi dəstəkləmək məqsədini əks etdirir.

Oyun həvəskarlarını, tərtibatçıları və rəqəmsal istedadları bir araya gətirən bu kimi platformaları təşviq etməklə “Aztelekom” yeni nəsil texnologiya mütəxəssislərini həvəsləndirmək və yüksəksürətli bağlantının açdığı imkanları geniş auditoriyaya nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” MMC genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “IDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat sabit şəbəkə internet provayderinə ölkə tarixində ilk dəfə olaraq təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər