Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, Elçin Niyazov İsrail oğlu vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik isə Tural Pirverdiyev Söhrab oğluna həvalə olunub.
O, Azercell Telecom-da maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.