8 C
Baku
Şənbə, Yanvar 22, 2022

AzTV 2 milyon manata yaxın zərər açıqladı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2020-ci ili 1 milyon 819 min manat zərərlə başa vurub. 2019-cu ildə isə AzTV-nin zərəri 2 milyon 598 min manat idi ki, bu da illik müqayisədə 30% azalma deməkdir.

Banker.az bu barədə maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə AzTV-nin əməliyyat gəlirləri 34 milyon 369 min manat, birja əməliyyatlarından gəliri 384 min 819 min manat, sair əməliyyat gəlirləri isə 1 844 manat təşkil edib. Qurumun cəmi əməliyyat xərcləri 36 milyon 163 min manat, əmək haqqı xərcləri və sosial ayırmalar 20 milyon 574 min manat, amortizasiya xərcləri 4 milyon 524 min manat olub.

AZTV-nin 2020-ci ildə cəmi aktivləri 24 milyon 187 min manat təşkil edib ki, bu da illik müqayisədə 12% azalma deməkdir. Cəmi kapitalı isə 7.3% azalaraq 23 milyon 135 min manat təşkil edib.

2020-də AzTV 24 min 729 manat mənfəət vergisi ödəyib. Əvvəlki ildə isə 90 min 537 manat mənfəət vergisi ödəyib ki, bu illik müqayisədə 73% azalmadır.

aztv1 z2

Son xəbərlər
Oxşar xəbərlər