“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC rəqəmsal audiovizual arxiv sisteminin yaradılması üçün lazım olan texniki vasitələrin, arxivin idarə olunması üçün xüsusi proqram təminatının, müvafiq iş və xidmətlərin satın alınması üzrə tenderə yekun vurub.
Banker.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Farah İnnovations” MMC seçilib.
Qalib şirkətlə 993 min 144.64 manat dəyərində müqavilə imzalanacaq.