6 C
Baku
Sunday, December 15, 2024

AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək vəfat etdi

Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Bu barədə AzTV sədri Rövşən Məmmədov öz feysbuk hesabında məlumat verib.

“Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!

Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”, – deyə R. Məmmədov qeyd edib.

Allah rəhmət eləsin!

11081069 882557428434152 2778522585919419539 n mm

Son xəbərlər
Digər xəbərlər