Azərbaycanın ən iri yol tikintisini həyata keçirən şirkəti “Azvirt” MMC 2023-cü ildə səhmdarlarına dividend ayırıb.
Banker.az xəbər verir ki, tikinti şirkəti səhmdarlarına 1 milyon 100 min avro həcmində dividend ayırıb.
Şirkət 2022-ci ildə 8 milyon 938 min manat xalis mənfəət əldə edib. Bununla da onun balansındakı bölüşdürülməmiş mənfəət 62 milyon 449 min manat olmuşdur.
Xatırladaq ki, “Azvirt” 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın “Virtgen İnternational Gmbh” şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın “Martin Beteiligungs GmbH & Co KG” və “Walz GmbH & Co KG” şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.