14 C
Baku
Saturday, November 23, 2024

“Azvirt” tikinti şirkətinə 20 000 manatadək cərimə protokolu yazılıb

“Azvirt” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Hüseyn Hüseynlidir.

İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə uyğun olaraq, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Qeyd edək ki, “AzVirt” MMC Azərbaycanın ən böyük və tanınmış yol tikinti şirkətlərindən biridir. Şirkət 1995-ci ildə Azərbaycan – Almaniya Birgə Müəssisəsi kimi yaradılıb. 2004-cü ildə isə “AzVirt” Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət kimi yenidən qeydiyyatdan keçib.

Son xəbərlər
Digər xəbərlər