İngiltərədə yaşayan Yoşua Bekford yüksək funksional otizm diaqnozu qoyulan dünyanın ən ağıllı uşağıdır. Yoşua hələ 10 yaşında olarkən atası onun kompüter klaviaturasındakı hərfləri əzbərlədiyini öyrənib. Bundan sonra atası azyaşlı oğlunun hərfləri yaza və müxtəlif qrafiklərdəki fərqli rəngləri göstərə bildiyini aşkar edib.
Yoşua Bekfordun həyat hekayəsini təqdim edirik.
3 yaşında yapon dilini öyrəndi
Yoşua artıq 3 yaşında olanda yapon dilini öyrənib səlis şəkildə danışırdı. O, müsahibələrdən birində özü haqda deyib: “Dörd yaşımdan atamın notbukundan istifadə edirəm və həmin yaşda insan orqanlarını tamamilə öyrənmişdim”.
Oksford Universitetinə qəbul olan ən gənc tələbə
2011-ci ildə atası Oksford Universitetində 8-13 yaş arası uşaqlar üçün təhsil proqramının olduğunu öyrəndi. Oğlunun bura qəbul oluna biləcəyinə inandı və 10 yaşından az olmasına baxmayaraq, adını Oksford Universitetinə yazdırdı. Suallara cavab verən Yoşua Oksforda daxil olaraq, universitet tarixinin ən gənc (6 yaşlı) tələbəsi adını qazandı.
İndiyədək onun rekordunu yeniləyən olmayıb. Burada fəlsəfə və tarix dərsləri alan Yoşua hər ikisinin tədrisini uğurla keçdi.
Arzusu beyin cərrahı olmaqdır
“Mən dünyanı xilas etmək istəyirəm, dünyanı və insanların fikirlərini dəyişmək istəyirəm” deyən Yoşua indi 12 yaşındadır və öz yaşıdları ilə üçüncü sinifə gedə bilmir. Çünki 2 yaşında olanda artıq üçüncü sinif təhsilini tamamlamışdı. Arzusu beyin cərrahı olmaqdır və bu istiqamətdə akademiyada təhsil fəaliyyətini davam etdirir, eyni zamanda, ev şəraitində də təhsil alır.
Öz kitabını yazır
Yoşua qarşıdakı 2 il ərzində həkim olmaq hədəfinə doğru irəliləyir. Akademik fəaliyyəti ilə yanaşı, Misir tarixinə maraq göstərən azyaşlı dahi uşaq kitabı üzərində işləyir.
O, elmi fəaliyyəti ilə yanaşı Milli Otizm Cəmiyyətinin Zənci və Etnik Kampaniyasının məşhur simasıdır.
©Teleqraf.com