17 C
Baku
Saturday, May 4, 2024

“Azza Agro” auditdən yayınmaya görə cərimələnə bilər

“Azza Agro” Qapalı Səhmdar Cəmiyyət cərimələnir.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək İsmayıllı Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim İlqar Hüseynovdur.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Azza Agro” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 322 000 manatdır və qanuni təmsilçisi Nəriman Hüseynovdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər