Azərbaycanda şirniyyat evi “AZZA”nın yeni rəhbəri təyin edilib.
Şirkət yarandığı gündən ona rəhbərlik edən Rəhman Abdurəhmanov Əmrah oğlu istefa verib. “AZZA”nın əsası 2008-cı ildə qoyulub və şirkətə R.Abdurəhmanov həmin tarixdən İdarə Heyətinə sədr təyin edilib.
Banker.az-a bildirilir ki, bundan sonra “AZZA” qapalı səhmdar cəmiyyətinə Rüstəm Gərəkməzli İsa oğlu bundan sonra bu postu tutacaq.
“AZZA” 2019-cu ilin üçüncü rübündə səhmdar cəmiyyətə (əvvəl MMC idi) çevrildiyi açıqlamışdı. Şirkətin 7 566 098 manat nizamnamə kapitalı vardır. “AZZA”nın rəsmi səhifəsində qeyd edilir ki, 3 istehsalat sexi, 200 ticarət markası, 85 mağazası və 1000-dən çox işçisi var.