Gəncə şəhəri, Atatürk 236 ünvanında yerləşən “AZZA” QSC-yə məxsus “AZZA CAKE HOUSE” qənnadı məmulatlarının satışı mağazasında yoxlama keçirilib.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı mağazada qənnadı məmulatlarının üzərində etiket məlumatları olmadan satışa çıxarıldığı aşkarlanıb.
Aşkarlanan pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.