9 C
Baku
Wednesday, December 18, 2024

Azər Türk Bank cari ilin birinci rübünü uğurla başa vurdu

®Dövlət bankı Azər Türk Bankın 01 aprel 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 100%-dən çox artaraq, 913.3 milyon manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 367.5 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 50% çoxdur.

Cari ilin birinci rübü ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 115% yüksəlməklə 20.9 milyon manat, xərcləri 17.7 milyon manat olmuşdur.

2023-cü ilin ilk üç ayında Azər Türk Bank 3 milyon manatdan çox xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən dəfələrlə çoxdur. 

Bankın məcmu kapitalının həcmi 28% artaraq, 66.8 milyon manat olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 120% artımla 840.5 milyon manat səviyyəsindədir.

Bankın depozit portfeli 153% böyüyərək, 245.7 milyon manat təşkil etmişdir.

Əhali tərəfindən Banka ötən dövrdəkindən iki dəfə çox, 88 milyon manat məbləğində əmanət qoyulmuşdur. 

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 0.98%, kapitalın gəlirlilik əmsalı (ROE) 13.1% təşkil etmişdir ki, bu göstəricilər keçən ilin eyni dövrünə nisbətən dəfələrlə yüksəkdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər