12 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Way Holding”in aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 25 milyon dollar olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. Bu barədə Banker.az-a Birjadan bildirilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.