13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanın aviaşirkəti $25 milyon istiqraz buraxır

12 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Way Holding”in aviaşirkəti  “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 25 milyon dollar olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. Bu barədə Banker.az-a Birjadan bildirilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

2121

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər