4 C
Baku
Tuesday, December 17, 2024

Azərbaycanın xurma ixracı 40%-ə yaxın artıb

Ötən il Azərbaycan xaricə 174 158.19 ton xurma satıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, bu göstərici 2020-ci illə müqayisədə 38.5% və ya 48 386.39 ton çoxdur.

Ölkənin xurma satışından gəlirində də artım müşahidə olunur. Belə ki, ötən il 125 895.03 min ABŞ dolları dəyərində xurma satılıb. Bu da illik müqayisədə 37.5% və ya 34 308.35 min ABŞ dolları çoxdur.

Son xəbərlər
Digər xəbərlər