19 C
Baku
Monday, September 9, 2024

Azərbaycanlı milyarder “Bloomberg”in siyahısında

Milyarderlər siyahısında 200 nəfərin adı var.

ABŞ-ın “Bloomberg” agentliyi dünyanın 200 milyarderinin siyahısını açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyahıya “Microsoft”un yaradıcısı Bill Qeytsliderlik edir. Onun 85.6 milyard dollar sərvəti var.

Agentliyin açıqladığı siyahıda 15 Rusiya vətəndaşının da adı yer alıb. Bunların içində əslən azərbaycanlı “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovun da adı var.

Bir neçə gün öncə “Forbes” jurnalı iş adamının sərvətinin 8,9 milyard dollar olduğunu yazmışdı.

“Bloomberg”in tərtib etdiyi siyahıda rus milyarderlərdən dağ metallurgiya şirkəti “Noroilski Nikel”in rəhbəri Vladimir Potanin 14.7 milyard dollarlıq sərvəti ilə 56-cı yerdə qərarlaşıb.

Vladimir Potanin - Dağ metallurgiya şirkətinin rəhbəri
Vladimir Potanin – Dağ metallurgiya şirkətinin rəhbəri

63-cü yerdə “Novatek” şirkətinin idarə heyətinin rəhbəri Leonid Mixelson 14.1 milyard dollar, 68-ci yerdə “Renova” şirkətinin direktorlar şurasının sədri Viktor Vekselber 13.1 milyard dollar sərvəti ilə qərarlaşıb.

Reytinq cədvəlində qərarlaşan 15 rus milyarderin ümumi sərvəti isə birlikdə 156.5 milyard dollar təşkil edib.

Bill Qeyts - “Microsoft” şirkətinin rəhbəri
Bill Qeyts – “Microsoft” şirkətinin rəhbəri

Əslən azərbaycanlı olan Vahid Ələkbərov Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “Lukoil” şirkətinə prezidentlik edir. “Şərəf nişanı” və Dostluq ordenləri, “Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə” medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur.

O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının – 793 milyarderin siyahısında 37-ci yeri tutub.

Son xəbərlər
Digər xəbərlər