BƏƏ ilk dəfə olaraq iki kosmonavtını kosmosa göndərəcək

Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı bu il sentyabrın 25-də kosmosa göndəriləcək.

Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzə istinadla xəbər verilir ki, kosmosa göndərilmək üçün seçilmiş iki kosmonavt – Hazza Əl Mansuri yaxud Sultan Əl Neyadi 18 günlük uçuşu həyata keçirmək üçün Rusiya missiyasının tərkibində Beynəlxalq Kosmik Stansiyadan (BKS) orbitə yollanacaq və oktyabrın 3-də geriyə – Yer kürəsinə qayıdacaq.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Artıq hər iki kosmonavt Rusiyada Y.Qaqarin adına kosmonavtların hazırlığı mərkəzində hərtərəfli hazırlıq keçiblər. Onlar hazırlıq zamanı zədələnmiş kapsuldan necə çıxmağı, müvafiq resursların və rabitə vasitələrinin istifadə edilməsini öyrəniblər. BƏƏ-dən olan kosmonavt BKS-də insan orqanizminin uçuşdan əvvəlki və sonrakı həyati vacib göstəricilərinin reaksiyasını tədqiqat edəcək. Bu tədqiqatların nəticələri bir müddətdən sonra digər regionlardan olan kosmonavtların müvafiq sahədə topladıqları tədqiqatlarla müqayisə olunacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları