BƏƏ-nin kosmosa uçacaq ilk astronavtının adı açıqlanıb

0
 

Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin Rəşid Əl Maktum adına Kosmik mərkəzi ölkənin kosmosa uçacaq ilk kosmonavtının adını açıqlayıb.

BƏƏ-nin ilk astronavtı Hazaa əl-Mansuri olacaq. Əmirliyin ilk astronavtının Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu sentyabrın 25-ə təyın edilib. O, BKS-ə Rusiyanın “Soyuz” gəmisində yola düşəcək və orada iki həftə qalandan sonra həmin gəminin ekipajı ilə birlikdə geriyə dönəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

BƏƏ-nin Kosmik Mərkəzinin açıqlamasında bildirilir ki, BKS-ə uçuş üçün əsas astronavt kimi Hazaa əl-Mansuri seçilib, Sultan ən-Niyadi isə dublyor qismində seçilib.