13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

BƏƏ-nin vəliəhd şahzadəsi sabah Türkiyəyə gəlir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan sabah Türkiyəyə səfər edəcək.

“TRT Haber” xəbər verir ki, BƏƏ-nin vəliəhd şahzadəsinin Türkiyəyə səfəri ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında reallaşacaq.

Ankarada baş tutacaq danışıqlarda Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər və iki ölkə arasında əməkdaşlığın təkmilləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı da gözlənilir.

Mənbə:Qafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər
X