15 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

BƏƏ-nin vəliəhdi Türkiyəyə səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi, şahzadə Məhəmməd bin-Zayed əl-Nahyanın noyabrın 24-də Türkiyəyə səfər edəcəyi gözlənilir.

Məlumatı “Haberturk” yayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla vəliəhd arasında təkbətək görüşün keçirilməsi nəzərdə tutulub.

Məlumata görə, bir müddət əvvəl R.T.Ərdoğanla Məhəmməd bin-Zayed əl-Nhyan arasında telefon danışığı olub.

Bildirilib ki, BƏƏ Türkiyəyə İran üzərindən ticarət yolu açmaq niyyətindədir. Bu, Süveyş kanalından keçərək 20 günlük Şarja-Mersin yolunu 6-8 günə enidə bilər. Görüşdə Əmirliyin Türkiyə iqtisadiyyatına sərmayə qoyması da müzakirə olunacaq.

Son xəbərlər
Oxşar xəbərlər
X