26 C
Baku
Monday, June 27, 2022

BƏƏ və Çin koronavirusa qarşı peyvəndin yeni istehsal xəttinə başlayacaq

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Çin ərəb dövlətinin ərazisində koronavirusa qarşı peyvəndin yeni istehsal xəttinə başlayacaq.

TASS xəbər verir ki, Əbu-Dabi əmirliyində inşa ediləcək yeni əczaçılıq zavodunda hər il təxminən 200 milyon doza Çinin “Sinofarm” preparatı istehsal ediləcək.

Agentliyin məlumatına görə, bu il inşası planlaşdırılan zavodda istehsal olunacaq preparat “Hayat-Vax” adlanacaq.

Xatırladaq ki, dünən Əmirliyin WAM agentliyi BƏƏ-yə səfəri zamanı Çinin xarici işlər naziri Van İnin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri şeyx Abdulla bin Zayed Əl Nahyan ilə BƏƏ-də koronavirus peyvəndi istehsalı üzrə ortaq layihə başlatdıqlarını bildirmişdi.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər