4 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

BƏƏ varlı əcnəbilərə vətəndaşlıq verməyə başladı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yerli şirkətlərdə çalışan varlı əcnəbilərə vətəndaşlıq verməyə başlayıb.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Son aylarda BƏƏ hökuməti bir neçə on nəfər xariciyə pasport verib. “FT”nin verdiyi məlumata görə, onlar sırasında “Emirates” aviaşirkətinin prezidenti Tim Klark, “Etihad Airways”in baş direktoru Toni Duqlas, Dubayda futbol klubunu açan “Real Madrid”in keçmiş oyunçusu Michel Salqado, o cümlədən iki uğurlu startapın qurucusu yer alır.

“FT” qeyd edir ki, yeni siyasət BƏƏ rəhbərliyinin xarici işçi qüvvəsinə ənənəvi yanaşmasından xeyli dərəcədə fərqlənir: əvvəllər xarici işçilərə müqavilə bitdikdən dərhal sonra ölkəni tərk etmək təklif olunurdu. İndi isə BƏƏ daxili xərcləri artırmaq və əmlak qiymətlərini dəstəkləmək üçün varlı əcnəbiləri bu ölkədə uzun müddət qalmağa sövq edir.

BƏƏ vətəndaşları Körfəz ölkələrinə vizasız gedə və yalnız xarici alıcılar üçün ayrılmış deyil, hər hansı bir yerdə daşınmaz əmlak ala bilərlər.

“Biz istəyirik ki, insanlar Abu-Dabini öz evi adlandırsın”, – deyə BƏƏ-nin paytaxtının iqtisadi inkişaf Departamentinin sədri Məhəmməd Əl Hammadi vurğulayıb. Onun sözlərinə görə, əcnəbilər “yaşamaq və inkişaf etmək” üçün ölkədə qalacaqlarını və hətta qocalacaqlarını hiss etməlidirlər.

Bildirildiyi kimi, yeni qaydalar yaxın 50 il üçün nəzərdə tutulur. Bundan əlavə, hökumət əcnəbi peşəkarlara və onların ailələrinə 10 illik “qızıl viza”lar verməyi planlaşdırır.

Son xəbərlər
Oxşar xəbərlər