Bəhreyn İsraildəki səfirini geri çağırmaq və yəhudi dövlətini ilə iqtisadi əlaqələri dayandırmaq qərarına gəlib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, Qəzza zolağı oktyabrın 7-də İsraili kütləvi raket atəşinə tutan, ölkəyə daxil olan və insanları girov götürən HƏMAS silahlılarının nəzarəti altındadır. İsrail Qəzza zolağında cavab hərbi əməliyyatına başlayıb. İsrail tərəfinin məlumatına görə, döyüşlər zamanı 1.4 mindən çox israilli həlak olub. Qəzza Səhiyyə Nazirliyi anklavda 8 mindən çox sakinin öldüyünü bildirib.








