20 C
Baku
Wednesday, May 29, 2024

Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 13 089 hektarı geri qaytarılıb

Azərbaycanda bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 13 089 hektarı geri qaytarılıb.

Bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Nəticədə 1 045 hektar torpaq sahəsinin mülkiyyətə, 12 043 hektar torpaq sahəsinin icarəyə, 1 hektar torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 13 089 hektar (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.

911 hektar torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər