“Bərbad reklam”: Analitiklər iPhone Xr modelinin uğursuzluğunun səbəblərini açıqladılar

Apple hər zaman bahalı flaqmanların istehsalına üstünlük verib. “Orta seqment” ə aid olan bu model isə kifayət qədər reklam olunmadı, buna görə sıravi istifadəçilər bu cihaza diqqət yetirmirlər.

2018-ci ildə Apple üç smartfon modelini təqdim edib. “Onluqlar” əvvəlki versiyanın davamı idi, lakin bütün xəttin birmənalı olmayan cihazı yalnız iPhone Xr olmuşdur. Bu smartfon üçün lap başlanğıcında uğursuzluq proqnozlaşdırılmışdır. Cihaz, iPhone 8 və 8 Plus modellərindən daha pis satılır. Son zamanlar analitiklər iPhone Xr-ın uğursuzluğunun əsas səbəbini adlandırıblar. Bu, bərbad bir reklamın olmasıdır.

Ekspertlərin fikrincə, texnologiyadan uzaq olan insanlar sadəcə iPhone Xr-in nə olduğunu başa düşmürlər, beləliklə, onlar məşhurlaşmış iPhone Xs-i alırlar. Eyni zamanda reklamdan başqa, yeni smartfonun adı da orta istifadəçi üçün böyük qarışıqlıq yaradır.

Əvvəllər iPhone-nun iki modeli var idi – adi iPhone və ekranı daha böyük olan “plus” versiyası, indi isə artıq iPhone Xr simasında üçüncü mövqe əlavə olunur. Apple, “r” prefiksinin yarış avtomobilləri dünyasından alındığını söyləyib. “S” hərifi istifadəçiləri maşınlar dünyasına gətirib aparmış olur, lakin analitiklərin fikrincə, bu, vəziyyəti dəyişməsinə kömək etmir.

Ekspertlərin fikrincə, iPhone Xr potensial alıcılar üçün tamamilə cəlbedici deyil. Buna baxmayaraq, iPhone Xr qiymət baxımından çox sərfəli bir cihaz olaraq qalır. Mütəxəssislərin fikirlərinə görə, Apple şirkəti özü qabaqcadan bu modelin satışını istəmirdi. Əsas məqsəd isə daha bahalı iPhone Xs modelinin satışını artırmaqdan ibarət olmuşdur.