11 C
Baku
Wednesday, November 13, 2024

Bərdədə market cərimələnib

Bərdə rayonu, Yeni Daşkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Pirnəzərov Tural Məhəmmədəli oğluna məxsus “Lux” marketdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi yoxlama zamanı qanunvericiliyin tələblərinin pozulduğu və qida məhsullarının təhlükəsizliyinə riayət edilmədiyi aşkar edilib. Belə ki, marketdə yararlılıq müddəti bitmiş qida məhsullarının (kolbasa, süd və süd məhsulları, qənnadı məmulatları) satışa çıxarıldığı, temperatur rejiminə riayət edilmədiyi,  sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, ərzaq məhsullarının birbaşa döşəmənin üzərində saxlanıldığı və digər nöqsanlar müəyyən edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər