11 C
Baku
Sunday, March 3, 2024

Bərdədə yeni dəmir yolu stansiyası inşa ediləcək

Bərdədə köhnə dəmir yolu stansiyasının sökülməsinə başlanılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı məlumat verib.

Onun sözlərinə görə, ərazidə yeni stansiya inşa ediləcək. Bu stansiyadan sonra isə Ağdama qədər uzanacaq dəmir yolu xəttinin üzərində Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək.

“Köçərli və Təzəkənd stansiyalarının bünövrələri artıq qoyulub. Ağdam stansiyasının isə layihələndirmə işləri sürətlə davam etdirilir. Bu templə getsək, iyunun əvvəlinə layihələndirmə işlərini bitirib iyul-avqust aylarına tikinti işlərinə başlamağı düşünürük. Elektrik yan xətt şəbəkəsinin tikintisi və rabitə-siqnal işləri qalır. İlin sonuna kimi onların da tikintisi planlaşdırılır”, – deyə ADY rəsmisi qeyd edib.

Xatırladaq ki, Bərdə-Ağdan dəmir yolu xəttinin tikintisinə Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən başlanılıb. Xəttin tikintisinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

“Onun ümumi ox üzrə uzunluğu 47.1 km, yan yollarla birlikdə uzunluğu isə 57.8 km olacaq. Hazırda 56.9 km-lik hissəsi hazırdır. Hazırda yalnız Ağdam dəmiryolu stansiyasına gedəcək 1 km-lik yolun inşası qalıb. Layihə üzrə layihələndirmə işlərinin 90%-i yekunlaşıb, tikinti üzrə tərəqqimiz isə 68% təşkil edir”, – deyə T.Abbaslı əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər